“Riot Games” “Worlds 2026” turnirinin rəsmi himnini və musiqi klipini təqdim edib. “Know My Name” adlı kompozisiyanı virtual hip-hop qrupu “True Damage” ifa edib. İfaçı heyətində (G)I-DLE qrupundan SOYEON, Koko Cons, Vik Mensa və Sofiya Reyes yer alıb.
Karyera xronikası və həlledici zəfərlər
Videonun süjeti “T1” komandasının canlı əfsanəsi Li “Faker” San Hyokun zəngin karyerasına həsr olunub. Klipdə oyunçunun 2013, 2015 və 2016-cı illərdə Ahri, Ryze və Orianna çempionları ilə qazandığı tarixi qələbələr, həmçinin Akali və Galio ilə dördüncü və beşinci titulunu əldə etməsi göstərilir. Videonun kulminasiya nöqtəsi isə ötənilki “KT Rolster”ə qarşı 3:2 hesabı ilə başa çatan gərgin final matçıdır. Həmin oyunda Faker-in Anivia personajındakı həlledici çıxışı ona altıncı dünya kubokunu qazandırmışdı.
“True Damage” qrupunun canlı çıxışı “Worlds 2026” turnirinin qrand-finalının açılış mərasimində baş tutacaq. Həlledici tədbir noyabrın 15-də Nyu-Yorkun Bruklin rayonundakı “Barclays Center” arenasından canlı yayımlanacaq. Dünya çempionatının əsas mərhələsi isə oktyabrın 16-da Los-Ancelesdə “Play-In” mərhələsi ilə start götürəcək.