Dünən, 10 mart tarixində, VALORANT Masters Santiago 2026 turnirinin aşağı səbətinin (lower bracket) ikinci raund matçları başa çatdı. Bu nəticələrlə çempionluq uğrunda mübarizə aparacaq son 4 komanda bəlli oldu.
Günün Oyun Nəticələri:
- Paper Rex vs All Gamers: Turnirdə qalan son Çin təmsilçisi olan All Gamers, gərgin keçən görüşdə Paper Rex-ə 1:2 hesabı ilə məğlub olaraq yarışı tərk etdi.
- G2 Esports vs BBL Esports: Avropa derbisində G2, Türkiyə təmsilçisi BBL-i 2:0 hesabı ilə üstələyərək yoluna davam etdi.
Növbəti Qarşılaşmalar (13 Mart)
Turnirin həlledici mərhələsində bizi iki böyük qarşılaşma gözləyir:
- Aşağı Səbət Yarımfinalı: Paper Rex vs G2 Esports
- Üst Səbət Finalı: NS RedForce vs NRG
All Gamers və BBL Esports turniri 5–6-cı yerlərdə tamamlayaraq hər biri 50 000 dollar pul mükafatı qazanıblar.

VALORANT Masters Santiago 2026 Çilinin paytaxtı Santyaqoda keçirilir. Ümumi mükafat fondu 1 milyon dollar olan turnir 15 martda baş tutacaq böyük finalla yekunlaşacaq. Qalib gələn komanda həmçinin VCT xalları qazanaraq ilin sonundakı Champions turnirinə bir addım daha yaxınlaşacaq.