“NAVI”nin kapitanı Aleksib-ni Finlandiyada vergi fırıldaqçılığına görə həbs təhlükəsi gözləyir

by Nigar Məmmədova
0 comments

NAVI” klubunun CS2 heyətinin kapitanı Aleksi “Aleksib” Virolaynenə qarşı məhkəmə işi açılıb. Finlandiyanın “Iltalehti” nəşrinin yaydığı məlumata görə, kiberidmançı ağırlaşdırıcı hallarda vergi fırıldaqçılığında ittiham olunur.

İttihamlar oyunçunun “OG” komandasında çıxış etdiyi dövrü — 2020-ci ilin 19 mayından 22 sentyabrına qədər olan müddəti əhatə edir.

İddiaçı qismində Finlandiya Vergi Administrasiyası çıxış edir. Vergi müfəttişlərinin rəyinə əsasən, Virolaynenin oyun fəaliyyətindən əldə etdiyi gəlirlər onun şəxsi qazancı hesab edilməlidir. Lakin bu vəsaitlər “Aleksib Oy” şirkətinin gəliri kimi göstərilərək korporativ vergi dərəcəsi ilə vergiyə cəlb olunub.

Məhkəmə iclası 2026-cı ilin aprel ayında baş tutacaq. Əgər Virolaynen təqsirli bilinərsə, onu pul cəriməsi və ya iki ilə qədər həbs cəzası gözləyir.

Aleksib ittihamlarla bağlı geniş şərh verməkdən imtina etsə də, məsələnin məhz mükafat fondundan əldə edilən gəlirlərlə bağlı olduğunu bildirib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın