NAVI “PGS 2026 Circuit 1: S2” turnirinin çempionu oldu

by Nigar Məmmədova
0 comments

Natus Vincere” (NAVI) komandası “PUBG Global Series 2026 Circuit 1 Series 2” yarışında möhtəşəm qələbə qazanaraq zirvəyə yüksəlib.

Final mərhələsinin ilk gününü 35 xalla beşinci pillədə tamamlayan NAVI üçün həlledici gün olduqca çətin başlayıb. “Qalib Doğulanlar” (Born to Win) günün ilk üç xəritəsində cəmi 3 xal toplayaraq uğursuz start versələr də, turnirin gedişatını tamamilə dəyişməyi bacarıblar.

Komanda qarşılaşmanın taleyini həll edən son iki xəritədə rəqiblərinə heç bir şans verməyib. Hər iki xəritəni birinci yerdə başa vuran NAVI müvafiq olaraq 25 və 28 xal toplayaraq “Anyone’s Legend” kollektivini geridə qoyub və çempionluğunu elan edib.

Bu qələbə sayəsində NAVI 30 000 dollar mükafat fondu ilə yanaşı, dünya çempionatına vəsiqə qazanmaq üçün vacib olan 30 PGS xalını da aktivinə yazdırıb.

Qeyd edək ki, “PGS 2026 Circuit 1: S2” turniri 26–29 mart tarixlərində Cənubi Koreyanın paytaxtı Seulda keçirilib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın