“PUBG MOBILE Global Open 2026 Season 1” (PMGO) turnirinin təşkilatçıları 1 000 000 qeydiyyatlı iştirakçı həddinin keçildiyini elan ediblər. Bu göstərici sözügedən yarışı mobil oyun tarixinin ən böyük turnirinə çevirərək tarixi rekorda imza atıb.
Milyonluq qeydiyyat faktı təkcə oyunun populyarlığından deyil, həm də həvəskar və yarımpeşəkar kiberidmançıların yüksək aktivliyindən xəbər verir. PMGO dünyanın hər yerindən olan oyunçulara öz bacarıqlarını qlobal səviyyədə nümayiş etdirmək üçün unikal imkan yaradır.
“PMGO 2026 Season 1”-in final mərhələsi 2-7 iyun tarixlərində İndoneziyanın paytaxtı Cakarta şəhərində keçiriləcək. Turnirdə 32 ən güclü komanda mübarizə aparacaq, yarışın ümumi mükafat fondu isə 500 min dollar təşkil edəcək.