“G2 Esports” komandası “Stake Ranked Episode 1” turnirinin finalında “BetBoom” kollektivini 2:1 (Anubis 10:13, Ancient 13:11, Dust2 13:9) hesabı ilə məğlub edərək çempionluq tituluna sahib çıxıb. Aprelin 4-də baş tutan bu qələbə komandaya yalnız pul mükafatı deyil, həm də “IEM Cologne Major 2026” turnirinə vəsiqə qazandırıb.
Qarşılaşmanın ən dəyərli oyunçusu (MVP) Matuş “MATYS” Şimko seçilib. O, seriya ərzində 54 öldürmə və 43 ölüm göstəricisi ilə yadda qalıb (ADR 91).
G2 Esports – Statistika
| Oyunçu | Öldürmə (K) | Ölüm (D) | Asist (A) | +/- | ADR |
| MATYS (MVP) | 54 | 43 | 14 | +11 | 93 |
| HeavyGod | 41 | 42 | 15 | -1 | 75 |
| SunPayus | 41 | 36 | 14 | +5 | 57 |
| huNter- | 43 | 47 | 20 | -4 | 74 |
| Nertz | 43 | 49 | 9 | -6 | 62 |
| Cəmi | 222 | 217 | 72 | +5 | 361 |
BetBoom – Statistika
| Oyunçu | Öldürmə (K) | Ölüm (D) | Asist (A) | +/- | ADR |
| Magnojez | 51 | 48 | 16 | +3 | 89 |
| Boombl4 | 48 | 47 | 19 | +1 | 83 |
| zorte | 43 | 37 | 16 | +6 | 66 |
| s1ren | 35 | 44 | 15 | -9 | 55 |
| FL4MUS | 37 | 48 | 14 | -11 | 62 |
| Cəmi | 214 | 224 | 80 | -10 | 355 |
Turnirin nəticələri və mükafat fondu
Barselonada (İspaniya) 1-4 aprel tarixlərində keçirilən turnirdə ümumilikdə 100,000 dollar mükafat fondu oynanılıb. Səkkiz komandanın mübarizə apardığı yarışın yekun sıralaması belədir:
- G2 Esports — $25,000 + Stake Ranked Ep. 2-yə vəsiqə
- BetBoom — $17,500 + Stake Ranked Ep. 2-yə vəsiqə
- GamerLegion — $13,500
- HEROIC — $11,0005–6. Ninjas in Pyjamas, 9INE — $9,0007–8. Team Nemesis, Gentle Mates — $7,500
“Stake Ranked Episode 1” çərçivəsində altı komanda VRS reytinqinə əsasən dəvət alıb, iki kollektiv isə qapalı seçmə mərhələlərdən keçərək əsas mərhələyə vəsiqə qazanıb.