“ESL” turnir operatoru IEM Rio 2026 turnirinin böyük finalında Vitality komandasına qalib gələn kollektiv üçün əlavə 100 000 dollar məbləğində mükafat təyin etdiyini elan edib. Bu barədə rəsmi məlumat təşkilatçının sosial şəbəkə hesablarında paylaşılıb.
“Vitality” hazırda turnirin o dərəcədə mütləq favoriti hesab olunur ki, hətta təşkilatçılar da bu faktı qəbul edərək maraqlı bir addım atıblar. Belə ki, istənilən komanda finalda Fransa klubunu məğlub edərsə, əsas mükafat fondundan əlavə olaraq 100 000 dollar bonus qazanacaq. Fransızların hazırkı forması və oyun səviyyəsi onların finala yüksəlmə şansını kifayət qədər artırır. Bu isə o deməkdir ki, biz finalda təkcə çempionluq uğrunda deyil, həm də bu irihəcmli bonus üçün gərgin mübarizə izləyə bilərik.
Xatırladaq ki, aprelin 13-də start götürən “IEM Rio 2026” turnirinin böyük finalı aprelin 19-da Rio-de-Janeyronun (Braziliya) “Farmasi” arenasında keçiriləcək. Turnirin ümumi mükafat fondu (oyunçu payı) 300 000 dollar təşkil edir. Əgər finalda “Vitality” üzərində qələbə qazanılarsa, qalib komanda bu xüsusi bonus sayəsində qazancını demək olar ki, ikiqat artırmış olacaq.