Animgraph 2 rəsmən Counter-Strike 2-də: Animasiyalar artıq daha axıcıdır

by Nigar Məmmədova
0 comments

Valve şirkəti “Counter-Strike 2” üçün gözlənilən “Animgraph 2″ sistemini rəsmən istifadəyə verdi. Aprelin 20-dən 21-nə keçən gecə yayımlanan yenilənmə ilə yanaşı, oyundakı bir sıra texniki xətalar da aradan qaldırılıb.

Bir müddət beta mərhələsində sınaqdan keçirilən “Animgraph 2” artıq aprelin 21-dən etibarən oyunun əsas versiyasına inteqrasiya olunub. Bu sistem personajların animasiyalarını daha rəvan edir və üçüncü şəxs baxış bucağından vizual effektləri təkmilləşdirir. Yenilik təkcə vizual tərəflə məhdudlaşmır; “Animgraph 2” bir neçə kritik problemi də həll edir. Birincisi, hitboksların (hitbox) personaj modelləri ilə sinxronizasiyası əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb ki, bu da güllələrin hədəfə daha dəqiq dəyməsini təmin edir. İkincisi, yeni sistem mərkəzi prosessoru (CPU) daha az yükləyir və bununla da kadr tezliyinin (FPS) sabitliyini artırır.

CS2-nin yeni yenilənməsindəki bütün dəyişikliklər:

  • “animgraph_2_beta” versiyasındakı bütün dəyişikliklər əsas oyuna əlavə edilib;
  • Birinci şəxs animasiyalarında kiçik düzəlişlər aparılıb;
  • Silahın çıxarılma (drawing) animasiya məntiqi yenilənib;
  • Bıçaq hücumları arasındakı keçidlərdə yaranan problemlər həll edilib;
  • “Dual Berettas” tapançalarının üçüncü şəxs baxışında atəş açmaması ilə bağlı xəta aradan qaldırılıb;
  • Hərəkət düymələrini tez-tez sıxmaqla pilləkənlərlə qaçış sürətində səssiz qalxmağa imkan verən boşluq bağlandılıb;
  • Maili və düz səthlər arasındakı keçidlərdə hərəkət rəvanlığı artırılıb;
  • Qumbaraların atıldıqdan və yenidən götürüldükdən sonra ölçüsünün (scaling) dəyişməsi problemi düzəldilib;
  • Tərəflərin dəyişdirilməsi (CT-dən T-yə keçid) zamanı fasilə anında baş verən çökmə (crash) aradan qaldırılıb.

Oyunçular “Armory Pass” və ya “Cache” xəritəsinin qayıdışı kimi daha böyük yeniliklər gözləsələr də, bu yenilənmə CS2-də ümumi oyun təcrübəsini ciddi şəkildə yaxşılaşdıra bilər. Sistemin real təsiri isə yaxın günlərdə keçiriləcək oyunlarda tam bəlli olacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın