RLCS 2026 – Paris Major: İştirakçılar və qrup heyətləri bəllidir

by Nigar Məmmədova
0 comments

“Rocket League Championship Series 2026 – Paris Major” turnirinə seçmə mərhələsi rəsmi olaraq başa çatdı. İndi Fransanın paytaxtı Parisdə, “Paris La Défense Arena”da çempionluq titulu və 102 min dollarlıq birincilik mükafatı uğrunda mübarizə aparacaq bütün 16 komanda məlumdur.

İştirakçıların siyahısı:

  • Avropa (Europe Ranking): Team Vitality, Gentle Mates, Ninjas in Pyjamas, Karmine Corp, Man City Esports
  • Şimali Amerika (North America Ranking): NRG, Spacestation Gaming, Shopify Rebellion, FUT Esports
  • Cənubi Amerika (South America Ranking): MIBR, FURIA
  • MENA (MENA Ranking): Twisted Minds, R8 Esports
  • Okeaniya (Oceania Ranking): Wildcard
  • Asiya-Sakit okean (Asia-Pacific Ranking): TSM
  • Sub-Sahara Afrikası (SSA Ranking): Five Fears

Artıq komandaların qruplar üzrə bölgüsü də müəyyənləşib. Mövcud formata əsasən, hər dördlükdən pley-off mərhələsinə üç kollektiv vəsiqə qazanacaq. Qrup qalibləri birbaşa yuxarı səbətə (upper bracket), digər iki yerin sahibi isə aşağı səbətə (lower bracket) düşəcək. Qruplarda sonuncu yeri tutan komandalar isə turnirlə vidalaşacaqlar.

Mərhələlərin cədvəli:

  • Qrup mərhələsi: 20-21 may
  • Pley-off: 22-24 may

“RLCS 2026 – Paris Major” 20-24 may tarixlərində keçiriləcək. Turnirin ümumi mükafat fondu 354 min dollar təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın