Epic Games və Psyonix aprelin 28-dən etibarən Rocket League oyununa Easy Anti-Cheat proqram təminatının əlavə ediləcəyini elan edib. Bu barədə məlumat layihənin rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.
“DİQQƏT: Easy Anti-Cheat aprelin 28-dən etibarən Rocket League üçün aktivləşdiriləcək. Daha ətraflı məlumat gələn həftə veriləcək!”
Hazırda Easy Anti-Cheat sistemi Sea of Thieves, Elden Ring, Squad, Fortnite və bir çox digər populyar oyunlarda uğurla istifadə olunur.
Lakin bu anons oyunçular tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş narazılığa səbəb olub. Bir çox istifadəçi narahatdır ki, yeni təhlükəsizlik sisteminin tətbiqi oyuna ətraflı statistika, xüsusi səs effektləri və məşq alətləri əlavə edən populyar modların fəaliyyətinə son qoya bilər. Geymerlərin fikrincə, bu cür məhdudiyyətlər oyun təcrübəsinə və fərdiləşdirmə imkanlarına mənfi təsir göstərəcək.