“NAVI” komandasının rumıniyalı oyunçusu İvan iM Mixay “dust2.us” portalına verdiyi müsahibədə yaxınlaşmaqda olan Köln turniri barədə fikirlərini bölüşüb və rəqiblərinin hazırkı gücünü qiymətləndirib:
“Düşünmürəm ki, hər şey yalnız biz və ‘Vitality’ arasında keçəcək. Çünki biz ‘PGL’ turnirində ‘Spirit’ və ‘Falcons’ın necə böyük bir döyüş apardığını gördük. Bəli, bu, tamamilə fərqli bir turnir olacaq və mənim fikrimcə, bizim üçün daha çətin keçəcək. Çünki biz yeni ‘Falcons’ ilə qarşılaşmalı olacağıq.
Biz daha əvvəl qarşı-qarşıya gəlmədiyimiz yeni ‘Spirit’ ilə üz-üzə gələcəyik, ona görə də sadəcə oyunumuza maksimum dərəcədə fokuslanmalıyıq.”
Turnir haqqında əsas məlumatlar: CS2 üzrə ilin ən böyük yarışlarından biri olan IEM Cologne Major turniri 2-21 iyun tarixlərində Almaniyanın Köln şəhərində keçiriləcək. “NAVI” turnirə birbaşa üçüncü mərhələdən start verəcək. Çempionatda dünyanın 32 ən güclü kollektivi iştirak edəcək, turnirin ümumi mükafat fondu isə 1,250,000$ təşkil edir.