Dota 2 üzrə keçirilən nüfuzlu “DreamLeague Season 29” turnirində qrup mərhələsi başa çatıb və pley-offda mübarizə aparacaq bütün komandalar müəyyənləşib. Mayın 19-da start götürəcək həlledici mərhələdə 12 kollektiv çempionluq kuboku uğrunda yarışacaq.
Pley-off oyunları “Double Elimination” (ikiqat məğlubiyyət) sistemi ilə keçiriləcək. Turnir şəbəkəsinə əsasən ilk qarşılaşmalar aşağıdakı cütlüklər arasında baş tutacaq:
Yuxarı Səbət (Upper Bracket Quarterfinals):
- Team Falcons — Tundra Esports
- Team Spirit — BetBoom Team
- PARIVISION — Team Liquid
- Natus Vincere (NAVI) — Aurora Gaming
Aşağı Səbət (Lower Bracket Round 1):
- Virtus.pro — Vici Gaming
- Xtreme Gaming — PlayTime
Turnir haqqında əsas məlumatlar: “DreamLeague Season 29″un pley-off mərhələsi 19-24 may tarixlərində keçiriləcək. Çempionluq uğrunda həlledici böyük final qarşılaşması “best-of-5” (Bo5) formatında, digər bütün pley-off matçları isə “best-of-3” (Bo3) formatında təşkil olunacaq.
Yarışın ümumi mükafat fondu 1,000,000$ təşkil edir. Turnirin qalibi olacaq komanda bu məbləğdən 290,000$ mükafat qazanacaq.
