“M80” və “Team Liquid” “CS Asia Championships 2026” turnirini tərk etdi

by Nigar Məmmədova
0 comments

Çində keçirilən “CS Asia Championships 2026” turnirinin qrup mərhələsində növbəti gərgin qarşılaşmalar baş tutub. MOUZ “M80” komandasını, The MongolZ isə “Team Liquid” kollektivini məğlub edərək rəqiblərini turnirdən kənarlaşdırıb.

Matçların nəticələri:

  • MOUZ — M80 (2:1): Seriyanın ilk xəritəsi olan “Overpass”da MOUZ rəqibini 13:3 hesabı ilə darmadağın edib. Lakin amerikalılar təslim olmayaraq növbəti “Inferno” xəritəsini 13:10 hesabı ilə öz xeyirlərinə bağlamağı bacarıblar. Həlledici “Mirage” xəritəsində isə Dorian “xertioN” Bermanın komandası yenidən üstünlüyü ələ keçirərək 13:2 hesablı rahat qələbə qazanıb.
  • The MongolZ — Team Liquid (2:1): Paralel keçən digər ölüm-dirim matçında Moğolistan təmsilçisi “Team Liquid” üzərində geridönüşlə qalib gəlib. “Liquid” seriyaya “Mirage” xəritəsində 13:10 hesablı qələbə ilə başlasa da, “The MongolZ” növbəti xəritələrdə — “Inferno”da (13:7) və “Nuke”da (13:9) daha güclü tərəf olduğunu sübut edib.

Turnirdəki son vəziyyət

Bu nəticələrdən sonra MOUZThe MongolZ sabah pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda həlledici oyunlarına çıxacaqlar. Turnirlə vidalaşan M80Team Liquid isə yarışı 9–12-ci yerlərdə başa vuraraq hərəyə 10 000$ pul mükafatı əldə ediblər.

“CS Asia Championships 2026” turniri 20-24 may tarixlərində Çində keçirilir. 16 komandanın mübarizə apardığı LAN-turnirdə yalnız 6 kollektiv pley-offa yüksələ biləcək. Yarışın ümumi mükafat fondu 1 000 000$ təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın