Mayın 20-dən 24-dək Fransanın paytaxtı Parisdə, məşhur “Paris La Défense Arena”da Rocket League Championship Series 2026 – Paris Major turniri baş tutub. Gərgin keçən yarışın qalibi yerli Fransa təmsilçisi Karmine Corp komandası olub.
Böyük final qarşılaşmasında (Grand Final) Fransa klubu turnirin əsas sürprizlərindən biri olan Twisted Minds kollektivini 4:1 hesabı ilə inamla məğlub edərək çempionluq kubokunu başı üzərinə qaldırıb.
Karmine Corp-un pley-offdakı çempionluq yolu:
Yarışa yuxarı səbətdən (Upper Bracket) başlayan komanda pley-off mərhələsində ardıcıl olaraq aşağıdakı rəqiblərini üstələyib:
- Gentle Mates — 4:1 (Yuxarı səbət dörddəbir finalı)
- Team Vitality — 4:3 (Yarımfinal)
- Twisted Minds — 4:1 (Böyük Final)

Qeyd edək ki, “Karmine Corp” turnirə olduqca üstün başlayaraq qrup mərhələsində keçirdiyi hər üç matçından da qələbə ilə ayrılmağı bacarmışdı.
Mükafat fondu: “RLCS 2026 – Paris Major” turnirinin ümumi mükafat fondu 354,000$ təşkil edib.