İyunun 2-də Ukraynanın “Inner Circle” kibersport klubu öz tarixinin ən gənc oyunçusu ilə müqavilə imzaladığını elan edib. Klub 7 yaşlı istedad David “DAVI” Timofeyevi gənclər akademiyasının heyətinə daxil edib.
Balaca oyunçu Counter-Strike dünyası ilə hələ 4 yaşında tanış olub. O, artıq sosial şəbəkələrdə böyük populyarlıq qazanaraq TikTok və Instagram-ın ulduzuna çevrilməyi bacarıb.
Klub rəhbərliyi Davidin yüksək potensialını və erkən yaşda göstərdiyi inkişafı xüsusi qeyd edib:
“David 4 yaşından oynayır — indi yeni səviyyəyə yüksəlmək vaxtıdır! Balaca ukraynalı və digər heyətlərimizin oyunçuları ilə birlikdə çoxlu sayda maraqlı və keyfiyyətli kontentlər gözləyin”, — deyə “Inner Circle” bəyan edib.