Steam platforması oyun sənayesindəki liderliyini gücləndirməyə davam edir. Analitiklərin təxminlərinə görə, Valve Corporation-a məxsus xidmətin aylıq auditoriyası artıq 200 milyon aktiv istifadəçiyə yaxınlaşa bilər.
Valve uzun müddətdir rəsmi statistika dərc etmədiyi üçün bu təxminlər açıq məlumatlara əsaslanır. GameDiscoverCo-dan analitik Saymon Karless hesab edir ki, 2025-ci ilin ikinci yarısında Steam-in aylıq aktiv istifadəçi sayısı təxminən 198 milyon olub.
Müqayisə üçün, Sony bundan əvvəl PlayStation ekosistemində 125 milyon aktiv istifadəçinin olduğunu bildirmişdi. Bu, Steam auditoriyasının PlayStation-dan 50%-dən çox böyük ola biləcəyi anlamına gəlir.
Bu rəqəmlər rəsmi olmasa da, dolayı göstəricilər mövcud tendensiyanı təsdiqləyir: bu yaxınlarda Steam eyni vaxtda onlayn olan oyunçu sayında 41 milyonluq həddi keçib, PC (fərdi kompüter) bazarı isə konsol bazarından daha sürətlə böyüməyə davam edir. Əgər bu təxminlər reallığa yaxındırsa, Steam artıq təkcə PC üçün ən böyük oyun mağazası deyil, həm də dünyanın ən kütləvi oyun platformalarından biridir.