HEROIC, Stake Ranked Episode 3 Turnirinin Çempionu Oldu

by Nigar Məmmədova
0 comments

“HEROIC” komandası “Stake Ranked Episode 3” turnirinin qran-finalında “K27” kollektivini 3:0 (Nuke 13:9, Mirage 13:11, Dust2 13:11) hesabı ilə məğlub edərək 25 000 dollar mükafat qazanıb. Həlledici qarşılaşma iyulun 18-də Barselonada baş tutub. “Ninjas in Pyjamas” komandası isə aşağı şəbəkədə “K27″yə uduzduqdan sonra turniri üçüncü sırada tamamlayıb.

Chr1zN-dən Möhtəşəm Çıxış

Kristoffer “Chr1zN” Storqaard 62 öldürmə (kill) və 45 ölüm göstəricisi ilə qran-final seriyasının ən yaxşı oyunçusu seçilib. Onun ADR (orta raund zərəri) göstəricisi 99 təşkil edib ki, bu da matçdakı bütün kiberidmançılar arasında ən yüksək nəticədir. Qarşı tərəfdə isə heç bir oyunçu görüşü müsbət K/D (öldürmə/ölüm) nisbəti ilə başa vura bilməyib.

Mükafat Fondunun Bölgüsü

Turnirin ümumi mükafat fondu 100 000 dollar təşkil edib və çempion “HEROIC” bu məbləğin ən böyük payını – 25 000 dolları öz aktivinə yazdırıb. Yarışdan erkən ayrılan klublar da daxil olmaqla, bütün iştirakçılar pul mükafatı əldə ediblər. İkinci yeri tutan “K27” komandası isə 17 500 dollar qazanıb.

“Stake Ranked Episode 3” turniri 15-18 iyul tarixlərində İspaniyanın Barselona şəhərində keçirilib. Səkkiz güclü kollektiv 100 000 dollarlıq mükafat fondu uğrunda gərgin mübarizə aparıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın