“FURIA”nın snayperi: “Böyük ehtimalla əməliyyat olunacağam”

0 comments

“CS2” üzrə “Thunderpick World Championship 2026” turnirinin qalibi olan “FURIA” komandasının qazaxıstanlı snayperi Daniil “molodoy” Qolubenko çempionluqdan sonra səhhətindəki son vəziyyətlə bağlı xəbərləri bölüşüb.

Kiberidmançının sözlərinə görə, gözündə yaranan problem hələ də onu narahat etməkdə davam edir və bu səbəbdən onun cərrahi masaya uzanması ehtimalı yüksəkdir.

“Gözümlə bağlı hələ də bəzi cüzi problemlər var, böyük ehtimalla əməliyyata gedəcəyəm. Narahat olmağa heç bir səbəb yoxdur, bunun üçün yetərincə vaxtımız olacaq. Odur ki, narahat qalmayın, hər şey qaydasındadır və hər şey yaxşı olacaq”, — deyə oyunçu vurğulayıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın