Yeni Kapitan Kim Olacaq?: siuhy “Team Liquid”in Əsas Heyətini Tərk Etdi

by Nigar Məmmədova
0 comments

Şimali Amerikanın “Team Liquid” kiberidman təşkilatı CS2 üzrə komandanın kapitanı Kamil “siuhy” Şkaradeki ehtiyat skamyaya (inaktiv) keçirib.

Polşalı kiberidmançı komandaya 2025-ci ilin aprelində qoşulub və bu müddət ərzində 210 xəritədə mübarizə apararaq 0.88 orta reytinq göstərib. “Team Liquid” bu heyətlə heç bir turnirdə çempionluq qazana bilməyib, komandanın ən yaxşı nəticəsi isə “CS Asia Championships 2025” turnirindəki 3-cü yer olub. Polşalı kapitan komanda tərkibində son matçını “IEM Cologne Major” turnirində “FlyQuest”ə qarşı keçirib. Məhz bu məğlubiyyətdən sonra “Liquid” yarışla vidalaşıb.

“Kapitanla sağollaşmaq heç vaxt asan olmur. Bu gündən etibarən siuhy ehtiyat heyətimizə keçirilib. Serverdəki liderliyinə və hər gün nümayiş etdirdiyin iş etikasına görə təşəkkür edirik, Kamil. Komandaya verdiyin hər şeyə görə səmimi qəlbdən minnatdarıq və karyeranın növbəti mərhələsində sənə yalnız ən yaxşılarını arzulayırıq”. — Team Liquid-in “X” sosial şəbəkəsindəki bəyanatı

Əvvəllər “Dust2.us” portalı məlumat vermişdi ki, “Team Liquid” siuhy-ni əvəzləmək üçün “Passion UA” komandasının kapitanı Conni “JT” Teodosiu ilə danışıqlar aparır.

Sabiq Kapitan Komandadakı Dövrünü Qiymətləndirdi

Polşalı kiberidmançı Kamil “siuhy” Şkaradek “Team Liquid”in əsas heyətindən çıxarılması ilə bağlı öz fikirlərini bölüşüb:

“Bu, şübhəsiz ki, CS karyeramın ən çətin ili idi. İndi yenidən toparlanmaq və doğru yola qayıtmaq vaxtıdır. Təşəkkürlər, Team Liquid, uğurlar!” — Kamil “siuhy” Şkaradek

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın