Call of Duty: Modern Warfare 4 Böyük Beta Sınağının Təfərrüatlarını Açıqladı

0 comments

Call of Duty: Modern Warfare 4″ oyununun beta sınağı seriyanın tarixində ilk dəfə olaraq multipleyer, süjet kampaniyası və “Call of Duty: Warzone” rejimlərini vahid sınaq versiyasında birləşdirəcək. “Call of Duty Next” təqdimatından dərhal sonra, avqustun 21-dən 25-dək öncədən sifariş edən istifadəçilər üçün erkən keçid (Early Access) mərhələsi start götürəcək.

Erkən keçid zamanı oyunçular 6v6 döyüşləri üçün 5 yeni xəritə, “Kill Block” rejimini və “Entrenched” adlı bir süjet missiyasını sınaqdan keçirə biləcəklər. Şimali Koreyanın Cənubi Koreyaya hücumu fonunda cərəyan edən bu missiyada amerikalı hərbçi ilə çiyin-çiyinə Cənubi Koreya dəniz piyadaları dəstəsinə rəhbərlik etmək tələb olunacaq.

Beta Sınağının Mərhələləri Və Əlavələr:

  • Erkən Keçid (21–25 avqust): Öncədən sifariş edənlər üçün 5 multipleyer xəritəsi, “Kill Block” rejimi və “Entrenched” kampaniya missiyası.
  • Açıq Beta (28 avqust – 1 sentyabr): Bütün platformalar üçün açıq olacaq bu mərhələdə oyuna “Zodiac” adlı yeni Warzone Resurgence xəritəsi, “Ground War” üçün yeni məkanlar, həmçinin əlavə multipleyer xəritələri və rejimləri daxil ediləcək.

Bununla da “Modern Warfare 4” seriyada hər üç əsas rejimi eyni vaxtda beta sınağına çıxaran ilk oyun olacaq. “Infinity Ward” studiyası hələ ki sınaq mərhələsini bu dərəcədə genişmiqyaslı etməsinin səbəbini açıqlamayıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın