Anarbiləg “cobrazera” Uuqanbayar müvəqqəti olaraq “The MongolZ” komandasının aktiv heyətinə qayıdır. Kiberidmançı Çində keçiriləcək “FISSURE Playground 3” LAN turnirində Sodbayar “Techno” Munkboldı əvəz edərək Monqolustan təşkilatına kömək edəcək.
İyul ayında “cobrazera” komandanın miqyaslı yenilənməsi çərçivəsində əsas heyətdən kənarlaşdırılaraq ehtiyat oyunçular skamyasına keçirilmişdi. Həmin vaxt klub iki gənc oyunçunu — Zolbayar “tikuak” Çimedtseren və Duqarsuren “DarkMeister” İreeduyu heyətinə qatmışdı.
“FISSURE Playground 3” turniri sentyabrın 8-dən 13-dək Çinin Suçjou şəhərində yerləşən “SND Cultural & Sports Centre” arenasındakı keçiriləcək. 16 komanda 1 000 000 dollar mükafat fondu uğrunda mübarizə aparacaq.
“The MongolZ” komandasının “FISSURE Playground 3” üçün heyəti:
- Gardimqnay “bLitz” Byambasuren
- Usuxboyar “910” Banzraqç
- Zolbayar “tikuak” Çimedtseren
- Duqarsuren “DarkMeister” İreeduy
- Anarbiləg “cobrazera” Uuqanbayar (əvəzedici)
- Erdenedalay “maaRaa” Bayanbat (məşqçi)