“Vitality” CS2 komandasının kapitanı Den “apEX” Madeskler kollektivin gələcək planlarını və şəxsi ambisiyalarını bölüşüb. Fransalı kiberidmançı heyət daxilində çıxış müddəti ilə bağlı bir zarafatın olduğunu etiraf edib:
“Bu barədə aramızda bir zarafat var. Demişik ki, 2028-ci ilin sonunadək birlikdə olacağıq, maksimumumuzu verəcəyik, kuboklar qazanacağıq və hamımız eyni vaxtda təqaüdə çıxacağıq.”
50 kubok hədəfi
Bununla yanaşı, 33 yaşlı kapitan karyerasını bitirməzdən əvvəl qazanmaq istədiyi kubokların sayını da açıqlayıb:
“Nailiyyətlərimə baxsanız, hazırda 41 kubokum var. Xəyal etdiyim ssenari karyeramı 50 kubokla başa vurmaq olardı. İki il yarım ərzində daha doqquz kubok.”
2028-ci ildə karyeranı bitirmək ehtimalı yarandıqda “Team Vitality” oyunçularının yaşı:
- Den “apEX” Madeskler — 35 yaş
- Uilyam “mezii” Merriman — 30 yaş
- Robin “ropz” Kul — 29 yaş
- Matye “ZywOo” Erbo — 28 yaş
- Şahar “flameZ” Şuşan — 25 yaş