24–31 oktyabr tarixlərində Rumıniyada keçiriləcək və 1 250 000 dollar mükafat fondu olan “PGL Masters Bucharest 2026″ turnirində çıxış edəcək komandaların tam siyahısı müəyyənləşib. Bu turnir “PGL Singapore Major 2026″ya birbaşa dəvətlərin verilməsinə təsir göstərən sonuncu Tier-1 tədbir olacaq.
Komandaların əksəriyyəti VRS dünya reytinqinə əsasən birbaşa dəvət alıb, qalan 4 slot isə qapalı regional təsnifat mərhələlərində oynanılıb.
Birbaşa dəvət alan komandalar: “NAVI”, “FUT”, “G2”, “Spirit”, “MOUZ”, “Vitality”, “FURIA”, “Legacy”, “Aurora”, “9z”, “The MongolZ”, “BetBoom Team”.
Regional qapalı təsnifatların qalibləri:
- Şimali Amerika: “Team Liquid” (finalda “NRG”yə 3:2 hesabı ilə qalib gəldi)
- Asiya: “TYLOO” (“DEPO”nu 3:0 hesabı ilə üstələdi)
- Cənubi Amerika: “DENDELE” (“Fluxo”nu 3:1 hesabı ilə məğlub etdi)
- Avropa: “Nemiga” (böyük finalda “B8” komandasını 3:0 hesabı ilə darmadağın etdi)
