“PGL Singapore Major 2026″ya qədər neçə turnir qalıb?

0 comments

“Counter-Strike 2” üzrə “PGL Singapore Major 2026” turnirinin başlamasına cəmi üç ay qalıb. Bu müddət ərzində komandalar bir neçə əhəmiyyətli yarışda iştirak edəcəklər.

Meycor öncəsi yarışlar cədvəli

Sosial şəbəkələrdə diqqət çəkən bu siyahıda ilk turnir 26 avqust – 6 sentyabr tarixlərində keçiriləcək “BLAST Open Porto 2026” olacaq. Ardınca “FISSURE Playground #3” (8–13 sentyabr) və “StarLadder StarSeries Fall 2026” (17–20 sentyabr) baş tutacaq.

Oktyabr ayında komandalar “ESL Pro League Season 24” (3–11 oktyabr), “Thunderpick World Championship 2026” (14–18 oktyabr) və “PGL Masters Bucharest 2026” (24–31 oktyabr) turnirlərində çıxış edəcəklər. Meycor öncəsi yarışlar seriyasını isə “IEM Beijing 2026” (2–8 noyabr) və “BLAST Rivals 2026 Season 2” (9–15 noyabr) yekunlaşdıracaq.

Sinqapur Meycorunun təfərrüatları

“PGL Singapore Major 2026” noyabrın 25-də başlayacaq və dekabrın 13-də başa çatacaq. Sinqapurda 32 komanda 1,25 milyon dollar məbləğində mükafat fondu uğrunda mübarizə aparacaq. Turnirin iştirakçıları 2026-cı ilin sentyabr-oktyabr aylarında elan ediləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın