HLTV-nin həftəlik CS2 reytinqi yeniləndi: “Spirit” liderliyini qoruyur, “Legacy” top-6-ya daxil oldu

0 comments

“HLTV” portalı 14 sentyabr 2026-cı il tarixi üçün CS2 üzrə dünyanın ən yaxşı komandalarının yenilənmiş həftəlik reytinqini dərc edib.

Dünya reytinqinin birinciliyini 1000 xalla inamlı şəkildə “Team Spirit” qoruyur. İkinci pillədə “Falcons” (588 xal), üçüncü yerdə isə “MOUZ” (538 xal) qərarlaşıb. “FURIA” bir pillə irəliləyərək 4-cü sıraya qalxıb (510 xal), “Vitality” isə bir pillə geriləyərək 5-ci yerə düşüb (504 xal).

Top-10 komandaların tam siyahısı:

  1. Team Spirit — 1000 xal
  2. Falcons — 588 xal
  3. MOUZ — 538 xal
  4. FURIA — 510 xal (+1)
  5. Vitality — 504 xal (-1)
  6. Legacy — 424 xal (+2)
  7. FUT Esports — 397 xal (-1)
  8. G2 Esports — 396 xal (-1)
  9. Aurora — 249 xal
  10. Natus Vincere (NAVI) — 246 xal

Çində baş tutan “FISSURE Playground 3” turnirindəki qələbə “Legacy” komandasına iki pillə irəliləyərək 6-cı yerə yüksəlməyə imkan verib.

Əsas irəliləyişlər və sensasiyalar

  • MIBR: Çindəki turnirdə 3-4-cü yerləri tutaraq 10 pillə yüksəlib və 114 xalla 18-ci sıraya qalxıb.
  • Alliance: Həmin turnirdə “FaZe”, “TYLOO” və “magic” komandalarını məğlub edərək 5-6-cı yerləri tutub. Bu nəticə komandaya 29 pilləlik sıçrayışla 21-ci yerə (83 xal) yüksəlmək imkanı verib.
  • 5star: “The MongolZ” və “Astralis” kollektivlərini üstələyərək turniri 7-8-ci yerlərdə bitirib və əsl sensasiyaya imza atıb. Komanda birbaşa 94 pillə birdən irəliləyərək 33-cü yerə (47 xal) qalxıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın