“The MongolZ” “DarkMeister” və “tikuak”ı ehtiyat skamyaya keçirdi

0 comments

Monqolustan kiberidman təşkilatı “The MongolZ” komandanın yeni oyunçuları Zolbayar “tikuak” Çimedtseren və Duqarsuren “DarkMeister” İreeduini ehtiyat skamyaya (benched) keçirdiyini elan edib. Bu qərar duetin əsas heyətdəki iki aylıq fəaliyyətinə son qoyub.

Bu addım monqol kollektivinin son dövrdəki zəif çıxışlarından sonra atılıb. Komanda “Esports World Cup” (EWC) turnirini 9–16-cı yerlərdə başa vurub, Sodbayar “Techno” Munxboldun əvəzinə Anarbileq “cobrazera” Uuqanbayar ilə iştirak etdiyi “FISSURE Playground 3” turnirində isə sonuncu pilləni tutub.

“tikuak” və “DarkMeister” heyətdə keçirdikləri dövr ərzində ümumilikdə 9 matçda oynayıblar. Güclü rəqiblərə qarşı mübarizədə çətinlik çəkən kiberidmançılar müvafiq olaraq 0.91 və 0.92 fərdi reytinq göstəricisi ilə yadda qalıblar.

“The MongolZ” komandasının yeni heyətini tam formalaşdırmaq üçün bir aydan bir qədər çox vaxtı var. Təşkilatın iştirak edəcəyi növbəti turnir oktyabrın ikinci yarısında keçiriləcək “PGL Masters Bucharest 2026” olacaq.

“The MongolZ”un hazırkı heyəti:

  • Garidmagnai “bLitz” Byambasuren (Aktiv)
  • Usukhbayar “910” Banzragch (Aktiv)
  • Sodbayar “Techno” Munkhbold (Aktiv)
  • Erdenedalai “maaRaa” Bayanbat (Məşqçi)
  • Dugarsuren “DarkMeister” Ireedui (Ehtiyatda)
  • Zolbayar “tikuak” Chimedtseren (Ehtiyatda)
  • Anarbileg “cobrazera” Uuganbayar (Ehtiyatda)

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın