ZywOo “ESL Pro League S24″ün ən yaxşı oyunçusu seçildi — bu, onun karyerasındakı 34-cü MVP medalıdır

0 comments

“HLTV” portalı “Vitality” komandasının snayperi Matye “ZywOo” Erbonu “Counter-Strike 2” üzrə “ESL Pro League Season 24” turnirinin ən yaxşı oyunçusu (MVP) elan edib.

Fransız kiberidmançı turniri 1.44 reytinq göstəricisi ilə başa vurub ki, bu da çempionatın bütün oyunçuları arasında ən yüksək nəticədir. “ZywOo” “Vitality”nin pley-offdakı hər üç qarşılaşmasında — “PVISION” (1.66), “Aurora” (1.44) və “MOUZ” (1.65) komandalarına qarşı matçlarda fərdi reytinq üzrə liderlik edib.

Statistika və yeni rekord

Həmçinin Erbo hər raundda orta hesabla 0.86 kill göstəricisi ilə turnirin birincisi olub. Raundbaşı vurulan xəsarət (85.0 ADR) və KAST (79.2%) göstəricilərinə görə isə o, bütün iştirakçılar arasında ikinci sırada yer alıb.

Bu mükafat “ZywOo” üçün 2026-cı ildə qazanılan 6-cı, ümumilikdə karyerası ərzində isə 34-cü MVP medalı kimi tarixə düşüb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın