“Luminosity” “Stake Ranked Episode 6” turnirinin çempionu oldu

0 comments 0 views

İspaniyanın Barselona şəhərində “Counter-Strike 2” üzrə “Stake Ranked Episode 6” turniri başa çatıb. Yarışın finalında “Luminosity” komandası “Sangal Esports” kollektivini 3:1 hesabı ilə məğlub edərək çempion adına sahib çıxıb.

Həlledici qarşılaşmada komandalar dörd xəritədə mübarizə aparıblar: “Luminosity” “Nuke” (13:9), “Mirage” (13:7) və “Dust2” (13:6) xəritələrində üstün olub, “Cache” xəritəsində isə 11:13 hesabı ilə uduzub. Bu qələbə “Luminosity”yə 25 min ABŞ dolları mükafat qazandırıb, ikinci yeri tutan “Sangal Esports” isə 17,5 min dollar əldə edib.

Turnirdə Ukraynanın “Inner Circle” komandası da çıxış edib. Kollektiv əvvəlcə “Apogee Esports” üzərində 2:0 hesablı qələbə qazansa da, daha sonra “Sangal Esports”a (0:2) və “GamerLegion”a (1:2) məğlub olaraq çempionatı 5–6-cı pillələrdə başa vurub.

Qeyd edək ki, 17–20 noyabr tarixlərində Barselonada təşkil olunan “Stake Ranked Episode 6” turnirinin ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın