“Wildcard” “FRAG University 2026” turnirinin çempionu oldu: Meycor şansları kəskin artdı

0 comments

ABŞ-ın Nyu-York ştatının Sirakuz şəhərində təşkil olunan “Counter-Strike 2” üzrə “FRAG University 2026” turniri “Wildcard” komandasının qələbəsi ilə yekunlaşıb. Gərgin mübarizə şəraitində keçən böyük final qarşılaşmasında “DENDELE” kollektivini 3:2 hesabı ilə məğlub edən Şimali Amerika təmsilçisi çempionluq tituluna sahib çıxıb.

Bu mötəbər zəfər və meycor yarışına vəsiqə uğrunda birbaşa rəqiblər üzərində əldə olunan qələbələr “Wildcard”ın “PGL Major Singapore” turnirinə yollanmaq ehtimalını ciddi şəkildə artırıb. Nüfuzlu “HLTV” portalının analitik hesablamalarına əsasən, final günündən öncə cəmi 33 faiz təşkil edən təsnifat şansı çempionluqdan sonra sıçrayış edərək 70 faizə yüksəlib. Eyni zamanda turniri dördüncü pillədə başa vuran rəqib “NRG” komandasının əsas yarışa qatılmaq ehtimalı geriləyərək 61 faizə enib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın