“EA” təxminən on illik fəaliyyətdən sonra “NBA Live Mobile” oyununu bağlayır

0 comments

“Electronic Arts” (EA) şirkəti “NBA Live Mobile” layihəsinin fəaliyyətini 27 oktyabr 2026-cı il tarixində birdəfəlik dayandıracaq. Serverlərin söndürülməsindən sonra populyar mobil basketbol simulyatoru tamamilə əlçatmaz olacaq.

Onlayn asılılıq və silinəcək tərəqqi

“NBA Live Mobile” 2016-cı ildə “Android” və “iOS” platformaları üçün buraxılmışdı. Layihədə oyunçular öz xəyali komandalarını qura, basketbolçu kartlarını toplaya və xüsusi canlı oyun tədbirlərində mübarizə apara bilirdilər.

Təxminən iki il əvvəl EA oyunu rəqəmsal mağazalardan çıxarmış və tətbiqdaxili satınalmaları deaktiv etmişdi. Lakin oyunu vaxtilə cihazına yükləmiş istifadəçilər indiyə qədər matçlara daxil ola bilirdilər.

Oktyabrın 27-dən etibarən isə bu imkan tamamilə aradan qalxacaq. Oyun birbaşa onlayn serverlərlə əlaqəli işlədiyindən, şəbəkə söndürüldükdən sonra oyunçular qurduqları heyətlərə, kart kolleksiyalarına və əldə etdikləri bütün tərəqqiyə (progress) çıxışı birdəfəlik itirəcəklər.

“NBA Live” franşizasının sonu

“NBA Live Mobile”ın fəaliyyətini dayandırması ilə EA faktiki olaraq aktiv “NBA Live” seriyasından tamamilə məhrum qalacaq. “NBA Live 18″in onlayn dəstəyi 2024-cü ildə dayandırılmış, seriyanın konsollardakı sonuncu buraxılışı olan “NBA Live 19″un serverləri isə 2026-cı ilin əvvəlində qapadılmışdı.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın