“League of Legends” üzrə dünya çempionatında (“Worlds 2026“) gərgin mübarizəyə səhnə olan İsveçrə mərhələsi (Swiss Stage) rəsmən başa çatıb. Beləliklə, turnirin həlledici pley-off mərhələsinə vəsiqə qazanan və “Çağırıcı Kuboku” uğrunda yarışacaq səkkiz ən güclü komandanın adı məlum olub.
Dörddəbir finalın (1/4 final) bütün cütlükləri:
- Dplus – Bilibili Gaming
- T1 – Karmine Corp
- Gen.G – LYON
- Top Esports – Invictus Gaming
Çempionatın pley-off mərhələsi 4 noyabr tarixində start götürəcək. Bu mərhələdən etibarən turnirdəki bütün qarşılaşmalar “Best-of-5” (Bo5 — üç qələbəyədək) seriyası formatında keçiriləcək.
Qeyd edək ki, “Worlds 2026” turniri 15 oktyabrdan 14 noyabradək ABŞ-nin müxtəlif şəhərlərində təşkil olunur. Kiberidman mövsümünün bu ən mötəbər yarışının ümumi mükafat fondu 5 000 000 ABŞ dolları təşkil edir.