“Gen.G” və “Bilibili Gaming” “Worlds 2026″nın böyük finalına yüksəldi: T1 turnirlə vidalaşdı, Chovy karyerasında ilk dəfə finalda

0 comments 0 views

“League of Legends” üzrə 2026-cı il dünya çempionatının (“Worlds 2026“) hər iki finalçısının adı rəsmən məlum olub. Mövsümün ən böyük kuboku uğrunda Cənubi Koreyanın “Gen.G” və Çinin “Bilibili Gaming” komandaları qarşılaşacaq.

İlk yarımfinal qarşılaşmasında “Gen.G” Çin təmsilçisi “Invictus Gaming”i (iG) heç bir çətinlik çəkmədən 3:0 hesabı ilə məğlub edib. Cənubi Koreya təmsilçisi ilk iki oyunu 29:9 və 25:9 hesablı sarsıdıcı üstünlüklə tamamlayıb, üçüncü oyunda isə möhtəşəm geri dönüş (comeback) edərək 18:15 hesabı ilə qələbəni rəsmiləşdirib.

Bu zəfər “Gen.G” klubu üçün cari təşkilat adı altında ilk “Worlds” finalı olub. Eyni zamanda komandanın əfsanəvi orta xətt ulduzu Çovi (Chovy) zəngin karyerasında ilk dəfə dünya çempionatının qran-finalına vəsiqə əldə edib.

BLG-dən tarixi qisas: T1-i “Worlds”dən kənarlaşdıran ilk LPL komandası

İkinci yarımfinalda isə turnirin ən böyük sensasiyası qeydə alınıb — “Bilibili Gaming” dördqat dünya çempionu “T1” kollektivini 3:1 hesabı ilə yarışdan kənarlaşdırıb. Seriyanın gedişatı:

  • 1-ci oyun: 18:6 (“BLG”)
  • 2-ci oyun: 22:10 (“T1” hesabı bərabərləşdirdi)
  • 3-cü oyun: 19:10 (“BLG”)
  • 4-cü oyun: 21:9 (“BLG”)

Bu qələbə “Bilibili Gaming” və bütövlükdə LPL (Çin) regionu üçün tarixi hadisəyə çevrilib — BLG dünya çempionatları tarixində “T1” komandasını pley-offda mübarizədən kənarlaşdırmağı bacaran ilk Çin komandası oldu. Faker və komandası üçün isə bu, son dörd il ərzində “Worlds” turnirindəki ilk məğlubiyyət və finalla erkən vida kimi qeydə alınıb.

Dünyanın ən güclüsünü müəyyən edəcək “Gen.G” – “Bilibili Gaming” böyük qran-finalı 14 noyabr tarixində ABŞ-nin Nyu-York şəhərində (Bruklin) keçiriləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın