“apEX”-in qayıdışı və “Falcons” üzərində qələbə: “Team Vitality” “BLAST Rivals 2026 Season 2″nin pley-offuna vəsiqə qazandı

0 comments 0 views

“Counter-Strike 2” üzrə keçirilən “BLAST Rivals 2026 Season 2” turnirinin A qrupunda start qarşılaşması baş tutub. Fransanın “Team Vitality” kollektivi “Team Falcons” komandası ilə qarşılaşmada 2:0 hesablı inamlı qələbə qazanaraq adını vaxtından əvvəl pley-off mərhələsinə yazdırıb.

Seriyanın hər iki xəritəsi prinsipial və gərgin mübarizə şəraitində keçsə də, “Vitality” rəqibinə xəritə verməyib:

  • Anubis — 13:10 (“Team Vitality”)
  • Dust2 — 13:10 (“Team Vitality”)

Bu qarşılaşma həm də komandanın kapitanı Den “apEX” Madesklerin serverə dönüşü ilə əlamətdar olub. Övladının dünyaya gəlməsi səbəbindən əvvəlki yarışları buraxmaq məcburiyyətində qalan təcrübəli lider yenidən heyətə qayıdaraq komandasına inamlı rəhbərlik nümayiş etdirib.

Qarşılaşmanın ən yaxşı oyunçusu adına estoniyalı ulduz Robin “ropz” Kul layiq görülüb. Yüksək fərdi ustalıq sərgiləyən kiberidmançı seriyanı 1.46 reytinqlə başa vurub. Komandanın fransız ulduz snayperi Matye “ZywOo” Erbo isə 1.24 reytinq qeydə alaraq qələbədə mühüm pay sahibi olub.

Qrupdakı növbəti sınaqlar

Məğlubiyyətə uğrayan “Falcons” pley-offa vəsiqə şansını qorumaq üçün A qrupunun aşağı şəbəkəsində (“lower bracket”) “Legacy” komandası ilə qarşılaşacaq. “Team Vitality” isə qrup birinciliyi uğrunda Braziliyanın “FURIA” kollektivi ilə üz-üzə gələcək. Bu qarşılaşmanın qalibi birbaşa turnirin yarımfinal mərhələsinə vəsiqə əldə edəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın