Keçmiş peşəkar Valorant və Counter-Strike 2 oyunçusu Tayson TenZ Nqo Deadlock-un kiberidman disiplininə çevrilmə potensialı haqqında fikirlərini bölüşüb. Onun şəxsi yayımında dediklərini Esports.gg çatdırıb.
Tayson TenZ Nqo
Kiberidmançı
“Oyun maraqlıdır, lakin düşünmürəm ki, kiberidman üçün uyğundur. Bəzi məqamlar var. Məsələn, oyun kazuallar və ya yeni başlayanlar üçün çox çətindir, onlar başa düşməyəcəklər.”
“MOBA oyunları onsuz da çox insanlar üçün başa düşülməsi çətindir, lakin bu oyun tamamilə yeni bir səviyyədədir. Çünki bu oyun həm MOBA, həm də üçüncü şəxs şuteridir, əlavə bir xətt və əlavə oyunçu var [Deadlock-da dörd xətt və altı oyunçu var — red. qeyd].”
Deadlock — Valve tərəfindən hazırlanan yeni oyun, hazırda alfa test mərhələsindədir. Oyuna yalnız dəvət əsasında daxil olmaq mümkündür. Rəsmi olaraq Deadlock hələ Valve tərəfindən elan edilməyib, lakin oyun artıq Steam səhifəsinə malikdir.