NaVi Dota 2 səhnəsindən ayrıldı

by Elnur Qəhrəmanov
0 comments

Kibersport təşkilatı NaVi sosial şəbəkələrində əsas heyətinin Dota 2 səhnəsindən çəkildiyini elan edib.

Bu qərar təşkilatın rəqabətədavamlı heyət yığa bilməməsi səbəbindən verilib:
“Bizim əsas Dota 2 heyətimiz inaktiv rejimə keçir. Son LAN turnirlərində pis olmayan nəticələrə baxmayaraq, biz hələ də sabit və rəqabətədavamlı heyət yığmaq imkanına malik deyilik.”

NaVi təşkilatının gələcəkdə Dota 2 səhnəsinə qayıdıb-qayıtmayacağı hələ məlum deyil.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın