Sosial şəbəkələrdə Şanxay Dünya Sərgisi və Konfrans Mərkəzi (Shanghai World Expo Exhibition & Convention Center) arenasında çəkilmiş şəkillər yayımlanıb.
Bu arena Perfect World Shanghai Major 2024 turnirinin ilk iki mərhələsi olan Opening və Elimination Stage oyunlarına ev sahibliyi edəcək. Zalda 5 min tamaşaçı üçün yerlər nəzərdə tutulub ki, bu rəqəm oyunçular və texniki heyəti əhatə etmir.
Hazırda arenada çempionatın açılış oyunlarına hazırlıq işləri gedir. Opening Stage 30 noyabr – 3 dekabr tarixləri arasında keçiriləcək, Elimination Stage isə 5-8 dekabrda baş tutacaq.