G2 Esports komandası 13 dekabrda Perfect World Shanghai Major 2024-də CS2 üzrə pley-off mərhələsinin dörddəbir finalında HEROIC komandasına qalib gəldi. Oyun 2:1 hesabı ilə başa çatdı (Ancient xəritəsində 6:13, Nuke xəritəsində 13:9, və Mirage xəritəsində 16:13).
HEROIC turniri 5-8-ci yerlə başa vuraraq 45 min dollar mükafat qazandı. G2 Esports isə yarımfinala yüksəldi və 14 dekabr saat 12:00-da (Bakı vaxtı ilə) Team Vitality – FaZe Clan oyunundan qalib gələn komanda ilə üz-üzə gələcək.
HEROIC-in hazırkı heyəti:
- Rene TeSeS Madsen
 - Rasmus sjuush Bek
 - Guy Nertz Ilutz
 - Damyan Kyxsan Stoilkovski
 - Abdul degster Həsənov
 
G2 Esports-un hazırkı heyəti:
- Nikola NiKo Kovaç
 - İlya m0NESY Osipov
 - Nemanya huNter- Kovaç
 - Mario malbsMd Samayoa
 - Yanuş Snax Poqojelski
 
Perfect World Shanghai Major 2024 turniri 30 noyabrdan 15 dekabra qədər Çində keçirilir. Turnirdə 24 komanda 1 250 000 ABŞ dolları mükafat fondu və çempionluq titulu uğrunda mübarizə aparır.