“KRÜ Blaze” “VALORANT Game Changers Championship 2026” turnirinin çempionu oldu: Serxio Aqueronun komandasından tarixi zəfər

0 comments

Sabiq ulduz futbolçu Serxio Aqueronun təsis etdiyi Çili-Argentina kiberidman təşkilatı “KRÜ”nün qadın heyəti — “KRÜ Blaze” “VALORANT Game Changers Championship 2026” dünya çempionatının qalibi adını qazanıb. Turnirin qran-finalında “KRÜ Blaze” Fransa təmsilçisi “Gentle Mates GC” ilə qarşılaşıb. Beş xəritə davam edən olduqca dramatik və gərgin qarşıdurmada Cənubi Amerika təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.

Final oyununun xəritələr üzrə nəticələri:

  • Haven: 5:13 (“Gentle Mates GC”)
  • Abyss: 13:5 (“KRÜ Blaze”)
  • Sunset: 14:12 (“KRÜ Blaze”)
  • Split: 8:13 (“Gentle Mates GC”)
  • Ascent: 13:8 (“KRÜ Blaze”)

Aşağı şəbəkədən möhtəşəm qayıdış və titul yolu

Qeyd edək ki, “KRÜ Blaze” yuxarı şəbəkənin yarımfinalında 0:2 hesabı ilə uduzduğu “SR Gold” kollektivindən revanş almağı bacarıb (3:1). Çempion heyət kuboka gedən yolda həmçinin “Gen.G GC” (2:1), “Team Liquid Brazil” (2:0) və “MIBR GC” (2:0) kimi güclü rəqibləri də mübarizədən kənarlaşdırıb.

Çempionluq zəfəri “KRÜ Blaze” komandasına 180 000 ABŞ dolları məbləğində əsas pul mükafatı qazandırıb. Gümüş medalçı “Gentle Mates GC” isə 100 000 dollar əldə edib.

Xatırladaq ki, qadınlar arasında ən mötəbər turnir hesab olunan “VALORANT Game Changers Championship 2026” 22 oktyabr – 1 noyabr tarixlərində Braziliyada təşkil edilib. Çempionatın ümumi mükafat fondu 500 000 dollar təşkil edib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın