IEM Katowice 2025 CS tarixində ən çox izlənən turnir oldu

by Nigar Məmmədova
0 comments

Esports Charts statistik platforması Counter-Strike tarixində ən çox izlənən turnirlərin siyahısını açıqlayıb.

Tədqiqatçılar Major turnirlərini nəzərə almayaraq digər ən populyar turnirləri müəyyən ediblər. IEM Katowice 2025 turniri 1,3 milyon izləyici ilə tarixdə ən çox baxılan turnir oldu.

Ən çox izlənən beş turnir arasında həmçinin IEM Katowice 2022 və 2020 turnirləri də yer alıb. Həmin yarışlar 1 milyondan çox tamaşaçı toplamışdı.

Bu göstəricilər Twitch, Kick və digər video platformalardakı canlı yayımlar əsasında hesablanıb. Lakin Çində yayımlanan turnir izlənmə göstəriciləri statistikaya daxil edilməyib.

Counter-Strike tarixində ən çox izlənən turnirlər (Major istisna olmaqla):

1️⃣ IEM Katowice 2025 – 1,3 milyon izləyici
2️⃣ IEM Katowice 2022 – 1 milyon+ izləyici
3️⃣ IEM Katowice 2020 – 1 milyon+ izləyici

Xatırladaq ki, Team Vitality turnirin finalında Team Spirit komandasını 3:0 hesabı ilə məğlub edərək çempion oldu. Oyunlar Dust 2 (13:6), Nuke (13:5) və Mirage (13:10) xəritələrində baş tutdu.

Bu qələbə sayəsində Vitality 400 min dollar qazandı və MVP adına layiq görülən Metyu ZywOo Erbo öz karyerasında 21-ci fərdi mükafatını əldə etdi.

Bundan əlavə, Vitality, FaZe Clan və Natus Vincere ilə birlikdə Intel Grand Slam (IGS) titulunu qazanmaq uğrunda mübarizəyə qoşuldu.

IEM Katowice 2025 turniri 29 yanvar – 9 fevral tarixlərində Polşada keçirildi və komandalar ümumi 1 milyon dollar mükafat fondu uğrunda mübarizə apardılar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın