PUBG Krafton-un gəlirini 2024-cü ildə 41% artırdı

by Nigar Məmmədova
0 comments

Krafton şirkəti 2024-cü ilin maliyyə hesabatını açıqlayaraq böyük uğurlar əldə etdiyini bildirib.

Şirkətin ən böyük gəlir mənbəyi PUBG oyunu olub. Battle royale janrında olan bu oyun, Steam platformasında eyni anda ən çox aktiv oyunçu rekordu qırıb. Krafton-un ümumi gəliri 41,8% artaraq şirkət tarixində ən yüksək göstəriciyə çatıb, əməliyyat gəlirliliyi isə 54%-ə yüksəlib.

PUBG-nin gələcək planları

  • Yeni tərəfdaşlıqlar və əlavə kontentin yaradılması
  • “Battle Royale” dünyasını genişləndirən yeni oyunların inkişaf etdirilməsi
  • Gənc auditoriyaya yönəlik daha az aqressiv mexanizmlərlə işləyən mobil oyun layihəsi

Bundan əlavə, Krafton yeni böyük oyun seriyası yaratmağı planlaşdırır. Şirkət 2025-ci ildə buraxılması nəzərdə tutulan inZOI adlı həyat simulyatoruna yatırım etməyə hazırlaşır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın