19
PGL, 2025-ci ilin ilk böyük turniri olan PGL Cluj-Napoca 2025-in cədvəlini və ilk qarşılaşmalarını elan edib. Yarış 14 fevral tarixində Rumıniyada start götürəcək və 16 komanda 1,25 milyon dollar mükafat fondu uğrunda mübarizə aparacaq.
Turnirin formatı və mərhələləri
- 14 fevral – İsveçrə mərhələsi (Buxarest, PGL studiyası)
- 8 ən güclü komanda – Pley-off mərhələsi (Kluj-Napoka, BTarena)
- BTarena daha əvvəl, 2015-ci ildə PGL Major Cluj-Napoca turnirinə ev sahibliyi etmişdi və CS tarixinə iz qoymuşdu.
İlk günün oyun cədvəli – 14 fevral
Bütün 16 komanda, Valve Regional Standings (VRS) reytinqinə əsasən dəvət olunub və start cütlükləri müəyyən edilib.
A qrupu
- 10:00 – MOUZ vs. BIG
- 13:00 – FaZe Clan vs. SAW
- 16:00 – The MongolZ vs. Complexity
- 19:00 – Pain Gaming vs. Astralis
B qrupu
- 10:00 – 3DMAX vs. Virtus.pro
- 13:00 – Falcons vs. FlyQuest
- 16:00 – MIBR vs. Wildcard
- 19:00 – Eternal Fire vs. Imperial Esports
Turnirin əsas qarşılaşmaları və maraqlı detallar
- MOUZ vs. BIG – Lotan “Spinx” Giladi üçün MOUZ-da debüt oyunu. O, IEM Katowice-də uğursuz çıxışdan sonra yeni komandası ilə gücünü göstərməyə çalışacaq.
- Pain Gaming vs. Astralis – Braziliya komandası Astralis-ə qarşı gücünü sübut etməyə çalışacaq.
PGL Cluj-Napoca 2025, CS2 azarkeşləri üçün əsl festival olacaq. Burada titul qazanan böyük komandalarla yanaşı, gənc və iddialı autsayderlər də öz güclərini göstərəcək.