16
GTA VI-nin 2025-ci ilin oktyabr ayının sonunda çıxacağı barədə yeni şayiələr yayılıb.
Bu məlumat Kotaku nəşri tərəfindən irəli sürülüb. Jurnalistlər Take-Two şirkətinin maliyyə hesabatlarını araşdırıb və əvvəlki oyunların buraxılış tarixləri ilə müqayisə aparıblar. Nəticədə, Rockstar Games-in yeni layihəsinin 28 oktyabr 2025-ci ildə təqdim ediləcəyi ehtimal edilir. Lakin bu xəbər hələ də rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
GTA VI-nin çıxışı və platformalar
- Oyun ilk olaraq PlayStation 5 və Xbox Series konsollarında əlçatan olacaq.
- PC versiyası isə sonrakı aylarda buraxılacaq.
- Daha əvvəl oyun haqqında 2026-cı ilə qədər təxirə salınması barədə iddialar səsləndirilmişdi, lakin son xəbərlər bu iddiaları təkzib edir.
Oyunun xəritəsi və yeniliklər
- GTA VI hadisələri Leonida adlı uydurma ştatda cərəyan edəcək, hansı ki, ABŞ-ın Florida əyalətinin analoqu kimi təsvir edilir.
- Xəritə əvvəlki GTA V oyununa nisbətən iki dəfə böyük olacaq və tərkibinə 3 böyük şəhər və 4 kiçik qəsəbə daxil ediləcək.
- Geymerlər şəhərdəki bir çox binalara daxil ola biləcəklər və Kubaya edilən maraqlı istinadlarla qarşılaşacaqlar.
- Oyunun başlanğıc mərhələsində bəzi ərazilər məhdud girişə malik ola bilər, lakin ümumi xəritə dörd ən kiçik dünya ölkəsindən daha böyük olacaq.
GTA VI-nin buraxılış tarixi rəsmi şəkildə təsdiqlənməsə də, Take-Two-nun strategiyasını və əvvəlki buraxılışları nəzərə alsaq, bu tarix olduqca real görünür.