Esports World Cup 2025-in təşkilatçıları sosial şəbəkələrdə təsdiqləyiblər ki, Chessable Masters 2025 turnirinin qalibi avtomatik olaraq şahmat üzrə EWC 2025-ə vəsiqə qazanacaq.
Hazırda Chessable Masters 2025-in finalında yarışacaq iki iştirakçı bəllidir: Team Liquid komandasında çıxış edən norveçli qrossmeyster Maqnus Karlsen və Team Falcons təmsilçisi Hikaru Nakamura.
NAVI şahmatçıları da Chessable Masters 2025 turnirində iştirak ediblər. Ukraynalı Aleksandr Bortnik turniri 45-ci yerdə tamamlayıb, amerikalı Vesli So isə 13-16-cı yerləri tutaraq 5 min dollar mükafat qazanıb.
Chessable Masters 2025-in ümumi mükafat fondu 150 min dollar təşkil edir. Final görüşü 21 fevral saat 18:00-da onlayn keçiriləcək. Oyunu izləmək üçün xüsusi link təqdim edilib.