Kingdom Come: Deliverance 2-də çətinlik zirvədə – Hardcore rejimi təqdim olundu

by Nigar Məmmədova
0 comments

Warhorse Studios məşhur orta əsr rol oyunu Kingdom Come: Deliverance 2 üçün böyük bir yeniləmə yayımlayıb. Versiya 1.2.4-ün əsas yeniliyi isə oyunu tamamilə fərqli səviyyəyə qaldıran “Hardcore” rejimidir.

Bu yenilik artıq PC, PlayStation 5 və Xbox Series platformalarında əlçatandır. Hardcore rejimini seçən oyunçular oyunun əvvəlində 10 mənfi təsirdən 3-nü seçməli olacaqlar ki, bu da qəhrəman Henry üçün həyatı əsl cəhənnəmə çevirir. Məsələn:

  • Zəif bel – az yük daşımaq və əyildikdə ağrı çəkmək;
  • Yuxuda gəzmək – qəhrəman heç gözləmədiyiniz anda oyun xəritəsində tanımadığı bir yerə teleport olunur.

Bu rejimdə oyunçulara heç bir yardım edilmir: xəritə yoxdur, ipucları və ya qeyd olunmuş tapşırıqlar da mövcud deyil. Həmçinin, sürətli səyahət imkanı silinib və düşmənlər daha aqressiv davranır.

Warhorse komandası bu rejimi belə təsvir edir:

“Hardcore rejimində səhvlərə yer yoxdur.”

Yeniləmə yalnız bu funksiya ilə məhdudlaşmır. Eyni zamanda bir sıra texniki xətalar düzəldilib, bitki qiymətləri tənzimlənib və vizual olaraq da maraqlı bir yenilik əlavə olunub — indi Henry-nin başını tam qırxdırmaq mümkündür. Bu isə xarakterə həm ciddilik, həm də zarafatcıl görüntü qatır.

Yeniləməyə dair bütün təfərrüatlar Kingdom Come: Deliverance rəsmi saytında təqdim olunub.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın