21
19 may tarixində ABŞ-da Counter-Strike 2 üzrə ilin ən nüfuzlu turnirlərindən biri olan IEM Dallas 2025 start götürəcək. İlk oyun günündə qrup mərhələsinin qarşılaşmaları keçiriləcək. Komandalar iki qrupa bölünüb və bütün görüşlər best-of-3 formatında baş tutacaq.
Komandalar pley-off mərhələsində yuxarı və ya aşağı setkada yer almaq uğrunda mübarizə aparacaqlar. Uduzanlar isə növbəti görüşü artıq mübarizədən kənarlaşmaq təhlükəsi ilə keçirəcək.
ABŞ-la Bakı arasındakı saat fərqinə görə oyunlar yerli vaxtla gecə saatlarına təsadüf edir.
A qrupu – 19–20 may (Bakı vaxtı ilə):
- 3DMAX – GamerLegion – saat 20:30, 19 may
- Team Vitality – Legacy – saat 23:00, 19 may
- Lynn Vision Gaming – G2 Esports – saat 01:30, 20 may
- TheMongolZ – FURIA Esports – saat 04:00, 20 may
B qrupu – 19–20 may (Bakı vaxtı ilə):
- Team Liquid – FaZe Clan – saat 20:30, 19 may
- MOUZ – BC.Game Esports – saat 23:00, 19 may
- NRG – Team Falcons – saat 01:30, 20 may
- Aurora Gaming – HEROIC – saat 04:00, 20 may
Turnir haqqında ümumi məlumat:
- Tarix: 19–25 may
- Format: LAN, ABŞ
- Mükafat fondu: 1 milyon dollar
- İştirakçılar: 16 komanda (G2 Esports, Team Vitality, FaZe Clan, Team Liquid və başqaları)