“apEX” “FURIA” məğlubiyyətinə emosional reaksiya verdi: “Komandamı pis vəziyyətdə qoydum”

0 comments 3 views

Fransanın “Team Vitality” komandasının kapitanı Den “apEX” Madeskler “Counter-Strike 2” üzrə “BLAST Rivals 2026 Season 2” turnirinin qrup mərhələsində Braziliyanın “FURIA” kollektivinə qarşı keçirilən səbət (seeding) matçındakı məğlubiyyətə emosional münasibət bildirib. Təcrübəli kapitan “X” sosial şəbəkəsində paylaşım edərək öz oyunundan son dərəcə narazı qaldığını və məğlubiyyətə görə məsuliyyət hiss etdiyini etiraf edib.

“Bu gün heç vaxt olmadığı qədər çaşqın idim”

Fransız kiberidmançı rəqib komandanı qələbə münasibətilə təbrik etməklə yanaşı, növbəti oyun günündə toparlanacağına ümid etdiyini vurğulayıb:

“Çox məyusam. Bu gün heç vaxt olmadığı qədər çaşqın idim. Komandamı pis vəziyyətdə qoydum və buna görə çox üzülürəm. “FURIA”nı qələbə münasibətilə təbrik edirəm. Ümid edirəm ki, sabah daha yaxşı çıxış edə biləcəyəm.”

Karyeranın ən pis statistikası və 0:13 hesablı məğlubiyyət

Kapitanın bu cür sərt özünütənqidinə səbəb seriyanın həlledici — üçüncü xəritəsi olan “Mirage”dakı uğursuz çıxış olub. “Team Vitality” ümumi hesabda 1:2 uduzduğu qarşılaşmanın son xəritəsini bir dənə də olsun raund qazanmadan (0:13) başa vurub.

“apEX” özü isə həmin xəritədə cəmi 1 qətl və 13 ölüm (1/13 K/D) göstəricisi ilə oynayaraq 0.16 reytinq toplayıb. Bu rəqəm fransız kapitanın bütün peşəkar karyerası ərzində bir xəritədə qeydə aldığı ən zəif fərdi nəticə kimi tarixə düşüb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın