Rockstar üç ildən sonra Red Dead Online üçün mistik yeniləmə təqdim etdi

by Nigar Məmmədova
0 comments

Red Dead Online yenidən diqqət mərkəzində – yeni tapşırıqlar, hadisələr və ehtimal olunan davamı

Üç illik fasilədən sonra Rockstar Games gözlənilmədən Red Dead Online üçün böyük bir yeniləmə yayımladı. “Strange Tales of the West” adlı bu yeniləmə 1 iyul tarixində təqdim olunub və oyuna mistik tapşırıqlar, müvəqqəti tədbirlər və oyunun mümkün davamına dair ipucları gətirib.

Əsas yeniliklərdən biri – dörd yeni teleqram tapşırığı oldu. Bu tapşırıqları oyunçular məşhur yazıçı Teodor Levindən alırlar. Levin Vəhşi Qərbdə baş verən qəribə hadisələri araşdırır. Tapşırıqlardan birində oyunçular zombilərlə dolu Armadillo şəhərinə yollanırlar – bu isə birbaşa Red Dead Redemption oyununun Undead Nightmare əlavəsinə istinaddır.

Yeniləmə ilə yanaşı, oyunda xüsusi müvəqqəti tədbir də başlayıb. Bu tədbir çərçivəsində unikal sınaqlar və mükafatlar təqdim olunur. Bütün yeni məzmun tamamilə pulsuzdur və artıq oyunçular üçün əlçatandır.

Rockstar tərəfindən təqdim olunan rəsmi materiallarda yeniləmənin adı “Strange Tales of the West: Volume 1” kimi qeyd olunub. Bu isə yeniləmənin davamı olacaq hissələrinin planlaşdırıldığını göstərir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın