Turnir operatoru PGL, PGL Astana 2026 kibersport çempionatının keçirilmə detalları ilə bağlı rəsmi məlumat yayıb. Turnir 12 min nəfərlik Barys Arena-da baş tutacaq.
Yarışlar 7–18 may 2026-cı il tarixlərində keçiriləcək. Mükafat fondu 1,6 milyon ABŞ dolları təşkil edəcək. Turnirdə 16 komanda iştirak edəcək: onlardan 12-si VRS reytinqinə əsasən dəvət alacaq, daha 4 komanda isə açıq və qapalı seçmə mərhələlərdən keçərək qatılacaq.
Xatırladaq ki, PGL Astana 2025 turniri iki ay əvvəl başa çatıb — Team Spirit finalda Astralis üzərində 3:1 hesabı ilə qalib gələrək 625 min dollar mükafat qazanmışdı.