İndoneziyalı Team Vitality komandası Mobile Legends: Bang Bang üzrə keçirilən MLBB Women’s Invitational 2025 turnirində qələbə qazanaraq çempion tituluna sahib çıxıb. Bu yarış Esports World Cup 2025 çərçivəsində baş tutub.
Böyük finalda Vitality komandası Gamlin Gladiators üzərində 4:0 hesablı qələbə ilə BO7 formatında dominant üstünlük göstərdi. Turnirin ən dəyərli oyunçusu (MVP) adına isə Sindi “Cinny” Siswanto layiq görüldü.
Vitality bu uğura görə:
- 150 min dollar pul mükafatı,
- və 1000 EWC xalı əldə etdi.
EWC 2025 Club Championship xalları:
- Vitality – 1000 xal
- Gamlin Gladiators – 750 xal
- Terror Queens – 500 xal
- Team Liquid – 300 xal
- NAVI, ONIC, Twisted Minds, FUT Esports – hər biri 200 xal
Hazırda Team Vitality, ümumilikdə 1700 xalla EWC 2025 Club Championship reytinqində birinci yerdə qərarlaşıb.
MLBB Women’s Invitational 2025 turniri 15–19 iyul tarixlərində keçirilib. Yarışın ümumi mükafat fondu 500 min dollar təşkil edib və 8 aparıcı klub və təşkilat arasında EWC xalları uğrunda mübarizə aparılıb.