Kapitan Team Spirit Team Falcons azarkeşləri barədə zarafat etdi və xəbərdarlıq aldı

by Nigar Məmmədova
0 comments

Taverna.gg-in məlumatına görə, Team Spirit komandasının kapitanı Leonid “chopper” Vişnyakov Esports World Cup 2025 (CS2) arenadan yayımlanan videodan sonra diqqət mərkəzinə düşüb.

İlk paylaşımında o, Team Falcons azarkeş dəstəyini zarafatla şərh edib: “Budur arena. Burada qışqıracaqlar: ‘Falcons, Falcons!’ Haradasa 300 muzdlu işçi. Yəni, Falcons-un əsas azarkeşləri, bilirsiniz?”

Təşkilatçıların xahişindən sonra Vişnyakov əlavə açıqlama verib: “İki storis çəkmişdim. Elə bildim, sadəcə Instagram-a nəsə ataram. Dedilər, birincini sil — orada QR-kod var idi. İkinciyə görə isə ‘Qardaş, kiminsə hisslərini incidirsən. Sil, xahiş edirik’ dedilər.”

Esports World Cup 2025 turniri Ər-Riyadda start götürəcək — 16 komanda 1,25 milyon dollarlıq mükafat fondu uğrunda mübarizə aparacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın